“Koronavirus testimin müsbət çıxmağını istəyirdim”

koronavirus-testimin-musbet-cixmagini-isteyirdim
Oxunma sayı: 2008

MLS təmsilçisi "Atlanta Yunayted"in baş məşqçisi Frank de Bur koronavirus pandemiyası ilə bağlı maraqlı açıqlama verib.

"Qafqazinfo" "AD" qəzetinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis COVID-19 testinin mənfi çıxmağına təəssüfləndiyini bildirib:

"Koronavirus testim mənfi çıxdı, amma müsbət çıxmağını istəyirdim. Belə olsaydı, xəstəxanaya yerləşdirilib, müalicə olunacaqdım. Sağalıb, immunitetimin güclü olduğunu biləcəkdim".

49 yaşlı çalışdırıcı çempionatların davam etdirilməsini istədiyini söyləyib:

"Oynamağa davam etsəydik, yaxşı olardı. Qaliblər meydanda müəyyənləşməlidir. Niderlandda pis vəziyyətin düzəlməyə doğru getdiyini görürük".