Koronavirus Trampın dostlarının həyatına son qoyub

koronavirus-trampin-dostlarinin-heyatina-son-qoyub
Oxunma sayı: 1917

ABŞ Prezidenti Donald Tramp koronavirusdan beş yaxınını itirib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə o, Pensilvaniya ştatında çıxışında deyib. Onun sözlərinə görə, ölənlərdən ikisi ən yaxın dostu olub.

“Mən beş tanışımı itirdim, onlardan ikisi mənim çox yaxşı dostlarım idi. Onların koronavirusa yoluxmasından iki gün sonra zəng etdim və komada olduqlarını eşitdim. Onlar öldülər və bu çox dəhşətlidir”, - deyə Tramp bildirib.