Koronavirus xəstələrindən neçəsi süni nəfəs aparatına qoşulub?

koronavirus-xestelerinden-necesi-suni-nefes-aparatina-qosulub
Oxunma sayı: 8202

TƏBİB Azərbaycanda koronavirusla bağlı bu günə olan statistikanı açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu gün 3018 test aparılıb. Onlardan 105-nin nəticəsi pozitiv çıxıb.

Məlumata görə, indiyədək 53 011 test aparılıb. Koronavirusa yoluxan 822 nəfərdən 8-i dünyasını dəyişib, 63-ü isə sağalıb.

Reanimasiyada 8 xəstə var. Onlardan ikisi süni nəfəs aparatına qoşulub. Aktiv xəstələrin sayı isə 751 nəfərdir.