Koronavirus xəstəsi küçədə saxlanıldı - Foto

koronavirus-xestesi-kucede-saxlanildi
Oxunma sayı: 1571

Sabirabad rayonunda koronavirus xəstəsi saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib.

Rayonun Qəfərli kənd sakini E.Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı araşdırmalar aparılır.