Koronavirus zarafatı etdi, instaqramdan getməli oldu

koronavirus-zarafati-etdi-instaqramdan-getmeli-oldu
Oxunma sayı: 2194

Əslən Cənubi Koreyadan olan dünyaca tanınmış “JYJ” qrupunun solisti Kim Cecunun 1 aprel zarafatı tənqidlə qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, məşhur müğənni əvvəlcə instaqram səhifəsində paylaşım edərək koronavirus (COVİD-19) pandemiyasına yoluxduğunu deyib.

Sənətçinin postu pərəstişkarlarını kədərləndirib, Kimin epidemiyaya yoluxması “Son dəqiqə” xəbəri kimi manşetlərdə əks olunub.

“New York Times” qəzeti yazır ki, pop ifaçısı bir neçə saat sonra yeni bir status yazaraq hər kəsi aldatdığını, gülüş günü üçün belə bir addım atdığını vurğulayıb.

O, bu davranışı ilə hər kəsi qəzəbləndirib və böyük tənqidlərə məruz qalıb.

Cecun rəylərin qarşısını almaq üçün instaqram səhifəsini müvəqqəti silib.