Koronavirusa daha çox bu zonanın əhalisi yoluxub

Koronavirusa daha çox bu zonanın əhalisi yoluxub
Oxunma sayı: 17101

Səhiyyə Nazirliyi koronavirusa yoluxan şəxslərin statistikasını açıqlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin müavini Viktor Qasımov bildirib ki, onlardan 30-a yaxın şəxs xaricdən gələnlərdir, qalanı ölkə daxilində yayılanlardır. Xəstəliyə tutulanların əksəriyyəti cənub zonasındandır:

"Çünki bildiyiniz kimi sərhədlər, xüsusilə İranla hələ ki tam bağlanmamışdı. Ona görə müəyyən qədər soydaşlarımız ölkəyə daxil olmuşdu. Onlar arasında çox güman ki, xəstəlik gəzdirənlər də var idi. Biz də testləşmə nəticəsində bu halları müəyyən edirik".

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov qeyd edib ki, xəstələrin sayı onları bölgələrə ayırmağa əsas vermir: "61 xəstə var və onlardan çoxu bu yaxınlarda sağalıb evə buraxılacaq".

Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev bildirib ki, ilk günlərdə  əsasən əcnəbilər və xaricdə yaşayan Azərbaycan vətəndaşlarında virus aşkar edilmişdi: "Bununla bağlı da ölkəmiz tərəfindən qonşu dövlətlərlə qarşılıqlı razılıq əsasında sərhədlərin bağlanması istiqamətində tədbirlər həyata keçirildi. Elektron vizaların verilməsi dayandırıldı. Bütün bu kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində koronavirusun kütləvi şəkildə yayılmasının qarşısının alınması mümkün olub. Xaricdən gələn Azərbaycan vətəndaşlarında bu hala rast gəlindi. Amma burada heç bir ayrıseçkilik yoxdur".

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi