Koronavirusa Firuzə İbadovanın anasının yasında yoluxub

koronavirusa-firuze-ibadovanin-anasinin-yasinda-yoluxub
Oxunma sayı: 3814

Əməkdar artist Nahidə Orucova müğənni Firuzə İbadovanın anasının yasında koronavirusa yoluxduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, xəstəlikdən yeni sağalan aktrisa bu barədə “Bizimləsən” proqramında məlumat verib. O qeyd edib ki, yasda qarmon ifaçısından ona virus keçib:

“Firuzə İbadovanın anasının yasına getdim. Orada bir musiqiçi qadın koronavirus idi, hamını yoluxdurdu. Hələ özüm maskada idim. Qarmon ifaçısı Xurma adlı xanım idi. Mənə yaxınlaşıb öpdü, foto çəkdirdi. Bir həftə sonra özü dünyasını dəyişdi”.