Koronavirusa görə 500 milyondan çox insan yoxsullaşa bilər

koronavirusa-gore-500-milyondan-cox-insan-yoxsullasa-biler
Oxunma sayı: 1218

Dünyada yarım milyarddan çox insan koronavirusun iqtisadi təsirləri nəticəsində yoxsulluğa sürüklənə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Oxfam” beynəlxalq xeyriyyə təşkilatı məlumat yayıb.

Təşkilatın London Kral Kolleci və Avstraliya Milli Universiteti ilə birlikdə apardığı araşdırma nəticəsində məlum olub ki, koronavirusun iqtisadi təsirləri nəticəsində dünya üzrə gəlir səviyyəsinin 20 faiz azalması ümumilikdə 548 milyon insanın yoxsullaşmasına səbəb ola bilər.

“Oxfam” bununla əlaqədar olaraq iqtisadiyyatı zəif və yoxsul ölkələrə təcili iqtisadi yardım edilməsi barədə çağırış edib.