Koronavirusa görə karyerasını daha 2 il uzatdı

Koronavirusa görə karyerasını daha 2 il uzatdı
Oxunma sayı: 1045

Koronavirus pandemiyası ilə əlaqədar evində qalmaq məcburiyyətində qalan İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin de Brüyne karyerasını daha 2 il uzadacağını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, futbolsuz qaldığı üçün darıxdığını ifadə edən 28 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında açdığı canlı yayımda maraqlı fikirlər söyləyib:

“İki həftədi evdəyəm. İlk günlərdə ailəm və uşaqlarım bir az xəstəydi. Bu üzdən çox narahat idim. Hazırda yaxşıdılar. Buna görə şanslıyıq. Amma qarşıda necə olacağını əsla bilə bilmərik. Futbol üçün çox darıxmışam. Hər kəs futbolu sevir. Lakin indi futbol önəmli deyil. Hər birimizin təhlükəsizlikdə olmağa ehtiyacı var. İzolyasiya dönəmi bitəndən sonra evdə qala bilmərəm. Həyat yoldaşıma karyeramı daha 2 il uzadacağımı söylədim”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında pandemiya ilə əlaqədar verilmiş fasiləyə qədər çıxdığı oyunlarda 8 qola imza atan De Brüyne 16 məhsuldar ötürmə müəllifi də olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi