Koronavirusa görə verdiyi testlər başqa problem yaratdı

koronavirusa-gore-verdiyi-testler-basqa-problem-yaratdi
Oxunma sayı: 3014

Dünyaca məşhur amerikalı aktrisa Hilari Daff çoxlu sayda koronavirus testindən keçdiyi üçün infeksiyaya yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisanın özü məlumat yayıb. O, “Younger” serialının çəkilişləri zamanı tez-tez “COVID-19” testi etdirdiyini açıqlayıb. 

“Gözlərim qəribə görünməyə başladı və məni çox incidir. Təcili yardım otağına getdim. “COVID-19” testləri səbəbiylə gözümə infeksiya düşüb”,- deyə Daff bildirib.