Koronavirusa qalib gəldiyini deyib, hamilə olduğunu açıqladı

koronavirusa-qalib-geldiyini-deyib-hamile-oldugunu-aciqladi
Oxunma sayı: 1717

ABŞ-ın vitse-prezidenti Mayk Pensin mətbuat katibi Keti Miller koronavirusa qalib gəlib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, social şəbəkədə yazıb. Covid-19 testinin neqativ olduğunu və işinə qayıtdığını bildirən Keti eyni zamanda hamilə olduğunu açıqlayıb. Həkimlərinə və həyat yoldaşına təşəkkürünü bildirən sözçü “Bu mərhələni hamilə xanımına möhtəşəm şəkildə qulluq edən ərim olmadan keçə bilməzdim” yazıb.

Xatırladaq ki, Keti Millerə mayın 8-də koronavirus diaqnozu qoyulmuşdu. Onun həyat yoldaşı Stefan Miller Prezident Donald Trampın müşaviridir.