Koronavirusa qarşı kollektiv immunitetə nail olan ilk ölkə o oldu

koronavirusa-qarsi-kollektiv-immunitete-nail-olan-ilk-olke-o-oldu
Oxunma sayı: 3127

Malta ölkə əhalisinin 70 faizinin vaksinasiyadan keçdiyi ilk Avropa İttifaqı ölkəsi olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Kris Fene deyib.

O bildirib ki, ölkədə koronavirusa qarşı kollektiv immunitetə nail olunub:

“Əhalinin 42 faizi artıq ikinci dozu qəbul edib. Artıq kollektiv immunitetə nail olduq. Vaksin virusa qarşı bir silahdır”.

Nazir əlavə edib ki, ikinci doz vaksini qəbul edənlər iyul ayından açıq havada maska taxmayacaqlar:

“Normal rejimə qayıtmağa başlamışıq. Ancaq hələ əhalinin 30 faizi də vaksinasiyadan keçməlidir”.

Bununla Malta Aİ komissiyasının müəyyənləşdirdiyi yetkinlik yaşına çatmış əhalinin 70 faizinin yayın axırına qədər peyvəndlənməsi hədəfinə nail olan ilk ölkə olmağı bacarıb.