Koronavirusa yoluxan aparıcı xəstəxanaya yerləşdirildi

koronavirusa-yoluxan-aparici-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 5157

Tanınmış aparıcı, Əməkdar mədəniyyət işçisi Leyla Quliyeva koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə instaqramda paylaşım edib.

O qeyd edib ki, FHN-nin Modul Tipli Hospitalında müalicə alır və vəziyyəti yaxşıdır:

“Narahat olan, zəng edən, axtaran hər kəsə təşəkkürümü bildirirəm. Hamınıza möhkəm can sağlığı arzu edirəm! Banal səslənsə də, şablon kimi qəbul olunsa da, amma həqiqətən, ən vacibi can sağlığıdır.

Mən də öz canımı və əhatəmdə olan hər kəsin sağlamlığını önəmli saydığım üçün ev şəraitində yox, həkimlərimizin nəzarəti altında müalicə almağı üstün tutdum”.