Koronavirusa yoluxan futbolçu “Tottenhem”ə qarşı oynayıb

koronavirusa-yoluxan-futbolcu-tottenheme-qarsi-oynayib
Oxunma sayı: 1694

İngiltərənin “Norviç” klubunun bir futbolçusu koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koronavirusa yoluxan futbolçunun adı açıqlanmır.

Adı açıqlanmayan futbolçu, 7 günlük izolyasiyadan sonra yenidən test verəcək. Nəticə mənfi olsa, o, yenidən məşqlərə başlaya biləcək.

BBC, koronavirus aşkarlanan futbolçunun “Tottenhem”lə yoxlama matçında iştirak etdiyini bildirib. İyunun 12-də keçirilən matçda “Norviç” 2:1 hesabıyla qələbə qazanmışdı.