Koronavirusa yoluxan idmançıların adları bəlli oldu

koronavirusa-yoluxan-idmancilarin-adlari-belli-oldu
Oxunma sayı: 1693

Məlumat verdiyimiz kimi, Portuqaliya Qran Prisində iştirak etmək üçün bu ölkənin Almada şəhərinə yollanan milli yığma heyətinin bəzi üzvlərində PCR testin nəticələri pozitiv olduğu üçün onlar yarışlara buraxılmayıblar. Həmin idmançıların adları bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.

Aşağıdakı heyət üzvləri qeyd edilən səbəblərdən yarışda iştirak edə bilməyəcəklər:

- 66 kq.

Yaşar Nəcəfov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib

- 73 kq.

Nəriman Mirzəyev - Bakıda 24 yanvarda verilən testin nəticəsi pozitiv olduğu üçün Portuqaliyaya göndərilməyib

Zaməddin Poladov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib

- 81 kq.

Zelim Tçkayev - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, Portuqaliyada ilk test neqativ, ikinci test pozitiv olduğu üçün yarışa buraxılmayıb

- 90 kq.

Rüfət İsmayılov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib

- 48 kq.

Aydan Vəliyeva - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.

Şəfəq Həmidova - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.

-52 kq.

Səbinə Əliyeva - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.

Bundan başqa, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov və kişilərdən ibarət milli yığmanın böyük məşqçisi Elçin İsmayılovda da PCR testin nəticəsi pozitiv olduğu üçün yarışa buraxılmayıblar.

Həmçinin qeyd edilib ki, ikinci dəfə götürülən testdən sonra nəticələri neqativ olan aşağıdakı idmançılar sabah başlayan yarışda Azərbaycanı təmsil edəcəklər:

-60 kq. çəki dərəcəsi

Balabəy Ağayev

Rövşən Əliyev

- 100 kq. çəki dərəcəsi

Adil Kərimli

+100 kq. çəki dərəcəsi

Uşanqi Kokauri

İmran Yusifov

Cüdo Federasiyasının açıqlamasına görə, PCR test nəticəsi pozitiv olan heyət üzvlərinin müalicəsi üçün bütün tədbirləri görür.