Koronavirusa yoluxan rus müğənni komaya düşdü

koronavirusa-yoluxan-rus-mugenni-komaya-dusdu
Oxunma sayı: 3337

Rusiyanın məşhur müğənnisi Nadejda Babkina koronavirus (COVİD-19) epidemiyasına yoluxub.

“Qafqazinfo” xəbər verir ki, 70 yaşlı ifaçının səhhəti aprelin 1-də pisləşib və xəstəxanaya müraciət edib. Sənətçiyə ilkin olaraq sətəlcəm diaqnozu qoyulub, daha sonra koronavirus şübhəsi ilə test edilib.

Nəticədə N. Babkinanın pandemiyaya yoluxduğu ortaya çıxıb. Həkimlər vəziyyəti ağırlaşan müğənnini süni komaya salmağa məcbur olublar.