Koronavirusa yoluxan tibb bacısına sürpriz etdi - Video

koronavirusa-yoluxan-tibb-bacisina-surpriz-etdi
Oxunma sayı: 2538

Amerikalı aparıcı Cimmi Kimmelin şousunun budəfəki qonağı ötən həftə koronavirusa yoluxan tibb bacısı Kimbell Feyrbenks olub.

“Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən məlumatına görə, xəstəxananın kardiologiya şöbəsində işləyən Kimbell hazırda özünütəcrid rejimindədir və doğmaları, eləcə də iki balaca qızı ilə görüşə bilmir.  

Cimmi Kimbelli sevindirmək və ona sürpriz etmək qərarına gəlib. “İstəyirəm ki, sən bir nəfərlə görüşəsən. Onun adı Cenniferdir”, - aparıcı deyib və bir neçə saniyədən sonra söhbətə amerikalı aktrisa Cennifer Eniston qoşulub.

Aktrisa dərhal mehribancasına tibb bacısını salamlayıb:

“Xoş gördük, əzizim, səninlə tanışlığıma çox şadam! Mən sadəcə demək istəyirəm: “Allah sizi qorusun!”. Sizi və öz borcunu yerinə yetirən bütün həmkarlarınızı. Mən hətta bilmirəm, özünüzü riskə ataraq, etdiklərinizə görə sizə necə minnətdarlığımı bildirim. Siz sadəcə inanılmazsınız”.

Kimbell Feyrbenks və Cennifer Eniston 

Eniston, həmçinin qızın vəziyyəti barədə maraqlanıb. Kimbell vəziyyətinin artıq yaxşı olduğunu etiraf edib və onun ünvanına dediyi xoş sözlərə görə aktrisaya təşəkkürünü bildirib.

Amma sürprizlər bununla da bitməyib. Eniston və Kimmel tibb bacısına “Postmates” kuryer xidmətindən yararlanması üçün 10 min dollarlıq sertifikat hədiyyə ediblər. Bundan əlavə, Feyrbenksin çalışdığı şöbənin bütün tibb bacılarına da hədiyyə kartları göndərilib.  

Cennifer, həmçinin deyib ki, o, üç həftəyə yaxındır ki, evdədir və bu, onun üçün heç də çətin deyil. “Ən çətini – xəbərlərə baxmaqdır”, - aktrisa etiraf edib.