Çinin Uhan şəhərində koronavirusun yeni növünə yoluxan şəxslər üçün nəzərdə tutulan müvəqqəti xəstəxananın tikintisi başa çatıb.
“Qafqazinfo”nun Çin mətbuatına istinadən məlumatına görə, “Hoşenşan” hospitalı fevralın 3-dən xəstələri qəbul edəcək. O, 1000 nəfər üçün nəzərdə tutulub.
Xəstəxana 10 gün ərzində tikilib. Belə ki, onun tikintisinə yanvarın 23-də başlanılmışdı.
Son xəbərlər
Son Xəbərlər