Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 15-nə olan statistik göstəriciləri açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 052 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 386 898 test aparılıb.
Hazırda aktiv xəstələrin sayı 4463-dür. Onlardan 132-si reanimasiyadadır, 30-u süni tənəffüs cihazına qoşulub.
Son xəbərlər
Son Xəbərlər