Koronavirusa yoluxanlardan 356 nəfəri reanimasiyadadır

koronavirusa-yoluxanlardan-356-neferi-reanimasiyadadir
Oxunma sayı: 2528

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 8617 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 356 nəfər reanimasiyada, 58 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 24 570 nəfər virusa yoluxub, 15 640 nəfər sağalıb.

Qeyd olunub ki, ötən gün 8015 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 576 249 test aparılıb.