Koronavirusa yoluxanların sayı 2 milyona çatır - Video

koronavirusa-yoluxanlarin-sayi-2-milyona-catir
Oxunma sayı: 852

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 210 ölkəsində 1 854 043  nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 500 minə yaxınlaşsa da, ölənlərin sayı 100 mini ötüb. 

Azərbaycanda isə 837 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 27-nin vəziyyəti ağır, 37-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 11 nəfər virus səbəbindən həyatını itirib, 250 nəfər sağalaraq evinə geri dönüb.

ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 505 min aktiv  xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 19 mini ötüb. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə  indiyə kimi 166 min yoluxma halı qeydə alınıb. Almaniyada 128 minə yaxın yoluxma faktı olsa da, ölüm sayı digər ölkələrə nisbətən xeyli aşağıdır: 3,022 ölüm.

Qonşu Türkiyədə yoluxma sayı artıq 57 min olub. İranda artıq koronavirusdan sağalanların sayı aktiv xəstə sayını keçib. Ölkədə 43 min sağalmış, 23 min aktiv xəstə var.

“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.

Sözügedən videoçarxı təqdim edirik: