Koronavirusa yoluxanların sayı artdı

koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 6067

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.