Koronavirusa görə vəziyyəti ağırlaşdı, xəstəxanalıq oldu - Yenilənib

Koronavirusa görə vəziyyəti ağırlaşdı, xəstəxanalıq oldu
Oxunma sayı: 7426

Koronavirusa yoluxan Əməkdar artist Nahidə Orucovanın vəziyyəti ağırdır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib.  Qeyd olunub ki, tanınmış aktrisanın hərarəti yüksəkdir və özünü yaxşı hiss etmir.  

Canlı efirə telefonla bağlanan N. Orucova isə ev şəraitində müalicə aldığını bildirib: “Evdən bayıra çıxmağa qorxurdum. Qorunmağıma baxmayaraq virusa yoluxdum. Özümü çox pis hiss edirəm, hərarətim var, sümüklərim çox ağrıyır. Elə bil ki, məni döyüb kənara atıblar. Hamı özünü qorusun, xəstəlik çox pis bir şeydir”. 

***

Nahidə Orucova xəstəxanaya yerləşdirilib. Bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib. 

Qeyd olunub ki, gecə halı pisləşən aktrisa tibb müəssisəsinə aparılıb. Hazırda həkim nəzarəti altında müalicəsi davam etdirilir.