“Koronavirusa yoluxmamışam, adi soyuqdəymə idi” - Şərif Şərifov

“Koronavirusa yoluxmamışam, adi soyuqdəymə idi”
Oxunma sayı: 1166

Azərbaycan millisinin güləşçisi Şərif Şərifov koronavirusa yoluxmadığını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, wrestdag.ru saytına müsahibəsinə o, xəstəliyinin adi soyuqdəymə olduğunu bildirib: 

“Koronavirusa yoluxduğumla bağlı məlumatların haradan çıxdığını bilmirəm. Lakin bir neçə gün xəstə yatdım. Temperaturum yuxarı idi. Lakin bunun adi soyuqdəymə olduğunu düşünürəm. Heç bir testdən də keçməmişəm”.

Qeyd edək ki, Şərif Şərifov "Report"a müsahibəsində testdən keçməsə də, koronavirusa yoluxduğunu açıqlamışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi