Koronavirusa yoluxmuş Monako şahzadəsi sağalır

koronavirusa-yoluxmus-monako-sahzadesi-sagalir
Oxunma sayı: 797

Bir müddət öncə koronavirusa yoluxmuş Monako şahzadəsi II Albert özünü daha yaxşı hiss etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şahzadə “TF1” telekanalında açıqlama verib.

“Özümü getdikcə daha yaxşı hiss edirəm. Tunelin sonunda işığı görməyə başlayıram”,- deyə o, bildirib.

Xatırladaq ki, martın 19-da II Albertin koronavirusa yoluxduğu təsdiqlənmişdi. Şahzadənin hazırda öz sarayında karantində olduğu və distant iş rejiminə keçdiyi bildirilmişdi.