“Koronavirusa yoluxmuş şəxsin aptekə getməsi qadağandır”

“Koronavirusa yoluxmuş şəxsin aptekə getməsi qadağandır”
Oxunma sayı: 1412

"Ev şəraitində müalicə ancaq simptomsuz və yüngül simptomlu şəxslər üçün nəzərdə tutulur".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. 

O bildirib ki, həmin şəxslərin immun sistemini gücləndirmək üçün vitamin tərkibli dərmanlarla müalicə olunması nəzərdə tutulur: 

"Koronavirusa yoluxmuş və qeydiyyata alınmış, evdə müalicə olunan şəxslərə dərmanların poliklinikalar vasitəsilə çatdırılması nəzərdə tutulub. Onların dərman təminatı məsələsi həll olunacaq. Koronavirusa yoluxmuş şəxsin özünün apteklərə gedib dərman alması qadağandır".

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi