Koronavirusdan 38 nəfər də sağaldı

koronavirusdan-38-nefer-de-sagaldi
Oxunma sayı: 3069

Azərbaycanda koronavirusdan sağalanların sayı artıb. 

"Qafqazinfo" xəbər verir ki, son sutka ərzində koronavirus infeksiyasına yoluxmuş 38 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.