Koronavirusdan Afrikada 3 milyondan çox insan ölə bilər - Xəbərdarlıq

koronavirusdan-afrikada-3-milyondan-cox-insan-ole-biler
Oxunma sayı: 1462

Afrikada lazımi tədbirlər görülməzsə, koronavirus ən az 300,000 insanın ölümünə səbəb ola bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Afrika İqtisadi Komissiyası açıqlama yayıb. Komissiyanın epidemiyanın iqtisadiyyata və sosial həyata təsiri ilə bağlı hazırladığı hesabatda bildirilib ki, virusun yayılması nəzarət altına alınsa belə epidemiyanın qitə üçün mənfi iqtisadi təsirləri qaçılmaz olaraq qalacaq.

Qitənin böyük şəhərlərində yaşayan insanların 56 faizi məhdud şəraitli kənar məhəllələrdə sıx şəkildə məskunlaşıb. Həmçinin qeyd olunub ki, əhalinin yalnız 34 faizi əl yumaq üçün sanitar imkanlara sahibdir. Aparılan hesablamalara görə, görüləcək tədbirlərdən asılı olaraq koronavirus Afrikada 300 min ilə 3,3 milyon arası insanın həyatını itirməsinə səbəb ola bilər.

Qeyd edək ki, Afrika qitəsində ümumilikdə 18,441 insan koronavirusa yoluxub, 966 nəfər xəstəlik səbəbindən həyatını itirib.