“Kaspi” qəzetinin koronavirusa yoluxan baş redaktoru İlham Quliyev xəstəxanadan evə buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb:
“Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq! 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm!”.
Xatırladaq ki, İ.Quliyev və ailəsi ötən ay Covid-19 infeksiyasına yoluxmuşdular. Onlar “Neftçilər” xəstəxanasında müalicə olunurdular.
Son xəbərlər
Son Xəbərlər