“Koronavirusdan ölən 12 cəsədi morqa daşıdım”

koronavirusdan-olen-12-cesedi-morqa-dasidim
Oxunma sayı: 3347

Model Günay Musayevadan ayrıldıqdan sonra Sarah Skotla evlənən aktyor Tolqa Karel Amerikada çətin günlər yaşadığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 3 ildir Nyu-Yorkda sürücü işləyən Tolqa koronavirus pandemiyasından dünyasını dəyişən şəxsləri morqa apardığını bildirib:

“Nyu-Yorkda mənə qısa məsafə üçün yük aparacağımı dedilər. Yükə baxdım, digər bir morqa aparmaq üçün 12 cəsəd olduğunu gördüm. Əvvəlcə şoka düşdüm, nə edəcəyimi bilmədim. TIR-la koronavirusdan ölənləri morqadək daşıdım”.

Bundan əlavə, Karel bir aydır TIR-da yaşadığını qeyd edib:

“Ailəmi qorumaq üçün bir aydır TIR-da yaşayıram. Çünki günüm yollarda keçir, ailəmi qorumaq istəyirəm. İnsanlar burada işlərini itirir, çox çətin vəziyyətdədirlər. İşim olduğu üçün çox sevinirəm. Amma xanımım dünən mənə ağlayaraq zəng vurdu. Sən demə, 1, 5 ildir işlədiyi yerdən onu çıxarıblar”.