Koronavirusdan ölən həkim təltif ediləcək?

koronavirusdan-olen-hekim-teltif-edilecek
Oxunma sayı: 3959

“Qeyd etdiyimiz kimi, koronavirusa yoluxmuş bir həkim vəfat edib”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, fədakar həkimlərin təltif olunması ilə bağlı müzakirələr gedir: “Xidmət başında vəfat edən şəxslərlə əlaqədar ölkə rəhbərliyi yaxın vaxtlarda qərar verəcək”.
 
Xatırladaq ki, təcili tibbi yardım briqadasında çalışan 67 yaşlı həkim Zakir Xəlilov koronavirus infeksiyasının qurbanı olub.

Murad Əhməd