Koronavirusdan ölənlərin sayı 100 mini ötdü - Yenilənib

koronavirusdan-olenlerin-sayi-100-mini-otdu
Oxunma sayı: 3184

Dünya üzrə koronavirusa yoluxanların sayı milyon yarımı ötüb.

“Qafqazinfo” worldometers.info saytına istinadən xəbər verir ki, hazırda Covid-19 daşıyıcılarının sayı 1 milyon 633 min 448-dir. 97 min 602 nəfər isə dünyasını dəyişib.

Qeyd edək ki, koronavirusa yoluxanların əksəriyyəti Avropa regionunun (799 min 696 nəfər), ən az qismi isə Afrikanın (8789 nəfər) payına düşür.

**

Dünya üzrə koronavirusdan ölənlərin sayı 100 mini ötüb.

Hazırda COVID-19 qurbanlarının sayı 100 450 nəfər təşkil edir.

Bundan əlavə, xəstəlikdən 369 971 pasiyent sağalıb.

Koronavirusa yoluxanların ümumi sayı 1 666 895-dir.