Koronavirusdan ölənlərin sayı 1000-i ötdü - Yenilənib

koronavirusdan-olenlerin-sayi-1000-i-otdu
Oxunma sayı: 1548

Çinin Hubey əyalətində koronavirusun yeni növündən ölənlərin sayı 1068 nəfərə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə Regional Səhiyyə Təşkilatı məlumat verib.

Açıqlamada deyilir ki, əyalətdə ölümcül virusa yoluxanların sayı 33 366 nəfərə çatıb, 2639 pasiyent sağalıb.

Əyalətdə 1638 yeni yoluxma faktı qeydə alınıb. Onlardan 1104-ü koronavirusun yayılma episentri – Uhan şəhərinin payına düşür.  

**

Çində koronavirusun yeni növündən ölənlərin sayı 1113 nəfərə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Bundan əlavə, yeni pnevmaniyaya yoluxanların ümumi sayı artaraq 42 min 600 nəfərə çatıb.