Koronavirusdan ölənlərin sayı 132 nəfərə çatdı - Yenilənib

koronavirusdan-olenlerin-sayi-132-nefere-catdi
Oxunma sayı: 1932

Çinin Hubey əyalətində koronavirusun yeni növündən ölənlərin sayı 125-ə çatıb, 3554 nəfər bu virusa yoluxub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “GGTN” telekanalı xəbər verib.

“Hubey əyalətində 25 yeni ölüm hadisəsi və 840 yoluxma faktı qeydə alınıb”, - xəbərdə deyilir.

Daha əvvəl 106 nəfərin öldüyü, 2714 nəfərin yoluxduğu bildirilirdi.

**

Çində koronavirusa (2019-nCoV) yoluxanların sayı 5974 nəfərə çatıb, 132 nəfər epidemiya nəticəsində ölüb. Bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.