Çinin Hubey əyalətində koronavirusun yeni növünə yoluxanların sayı 54,4 minə çatıb, 139 yeni ölüm faktı qeydə alınıb. “Qafqazinfo” bildirir ki, bu barədə Regional Səhiyyə Komitəsi məlumat verib.
Ümumilikdə əyalətdə 1457 nəfər ölüb.
Sutka ərzində regionda xəstəxələrin sayı 2420 nəfər artıb və 54406-ya çatıb. Sağalanların sayı isə 912 nəfər artıb. Ümumilikdə 4774 nəfər xəstəxanalardan evə buraxılıb.
**
Çində koronavirusa yoluxanların sayı 66492 nəfərə çatıb. Onlardan 1523-ü dünyasını dəyişib, 8096-sı sağalıb və xəstəxanalardan evə buraxılıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.
Son xəbərlər
Son Xəbərlər