Koronavirusdan ölənlərin sayı 170 nəfərə çatdı - Yenilənib

koronavirusdan-olenlerin-sayi-170-nefere-catdi
Oxunma sayı: 1828

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 162-yə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Əyalətdə 37 yeni ölüm hadisəsi və 1032 yoluxma faktı qeydə alınıb. Xəstəxanalardan sutka ərzində on nəfər evə buraxılıb.  

Ölümcül virus Çinin hüdudlarından kənarda da yayılmaqda davam edir. Honkonq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniya kimi ölkələrdə virusa yoluxma faktı qeydə alınıb.

**

Çində koronavirusdan ölənlərin sayı 170 nəfərə, virusa yoluxanların sayı isə 7 711-ə çatıb. Bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dovlət Komitəsi məlumat verib.