Koronavirusdan ölənlərin sayı 2000-i ötdü - Yenilənib

koronavirusdan-olenlerin-sayi-2000-i-otdu
Oxunma sayı: 1605

Çinin Hubey əyalətində koronavirusun yeni növündən ölənlərin sayı 1921 nəfərə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə Regional Səhiyyə Komitəsi məlumat verib.

Sutka ərzində əyalətdə 132 yeni ölüm faktı qeydə alınıb, 9128 nəfər sağalıb.

Ölümcül virusa yoluxanların ümumi sayı 61,6 min nəfərə çatıb.

**

Çində koronavirusa yoluxanların sayı 74185 nəfərə çatıb. 2004 ölüm faktı qeydə alınıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Çin xəstəxanalarında 57,8 min nəfər müalicə alır. 11,9 min nəfərdən çoxunun vəziyyəti ağır qiymətləndirilir. 14,7 mindən çox insan isə sağalıb.