Koronavirusdan ölənlərin sayı 231 mini keçib

koronavirusdan-olenlerin-sayi-231-mini-kecib
Oxunma sayı: 1148

Dünya üzrə koronavirusdan sağalanların sayı 1 milyonu ötüb.

“Qafqazinfo” worldometer.info-ya istinadən xəbər verir ki, hazırda bu rəqəm 1 milyon 31 min 803 nəfərdir. Covid-19-a ümumi yoluxanların sayı isə 3 milyon 275 min 783 nəfərdir. Virusdan 231 min 577 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də Covid-19-u pandemiya elan edib.