Koronavirusdan ölənlərin sayı 414 nəfərə çatdı

koronavirusdan-olenlerin-sayi-414-nefere-catdi
Oxunma sayı: 1050

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 414-ə, bu virusa yoluxanların sayı isə 13522-ə çatıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi xəbər verib.

Yerli hökumət fevralın 3-də 64 yeni ölüm və 2345 yoluxma faktı qeydə alıb.

Həmçinin qeyd olunur ki, 3 fevral saat 20:00-dək Hubeyin 396 sakini koronavirusdan sağalıb.