Koronavirusdan ölənlərin sayı yenə artdı - Yenilənib

koronavirusdan-olenlerin-sayi-yene-artdi
Oxunma sayı: 2108

Çinin Hubey əyalətində koronavirusun yeni növündən ölənlərin sayı 618 nəfərə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Daha əvvəl 549 nəfərin öldüyü bildirilirdi.

Əyalətdə ümumilikdə 22112 nəfər bu virusa yoluxub. Bundan əlavə, 817 pasiyent xəstəxanalardan evə buraxılıb.

**

Çində koronavirusdan ölənlərin sayı 636 nəfərə çatıb, 31161 nəfər bu virusa yoluxub. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.