Koronavirusdan ölüm riskini artıran faktorlar

koronavirusdan-olum-riskini-artiran-faktorlar
Oxunma sayı: 3193

İngiltərəli baş həkim Kris Uitti koronavirusa yoluxma və ölüm riskini artıran faktorları sadalayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, həkim ilk olaraq pasiyentlərin yaşını vurğulayıb. Onun sözlərinə görə, əksərən virusdan yaşlı insanlar  dünyalarını dəyişir.

İkinci bir faktor isə risk qrupuna daxil olan insanların hər hansı ikinci xəstəlikdən əziyyət çəkmələridir. Ölənlərin 90%-də məhz daha bir xroniki xəstəlik müşahidə olunub.

Üçüncüsü isə, hələ ki bilinməyən səbəblərə görə kişilərin qadınlardan daha çox koronavirusa yoluxmalarıdır. Bu isə gender faktorunu ortaya qoyur.