Koronavirusdan sağalan 11 nəfər də evə buraxıldı

koronavirusdan-sagalan-11-nefer-de-eve-buraxildi
Oxunma sayı: 6883

Azərbaycanda koronavirus infeksiyasına yoluxan 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Operativ Qərargahdan "Qafqazinfo"ya daxil olan məlumata görə, ümumilikdə, ölkəmizdə 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.