Koronavirusdan sağalan məşhur cütlük peyvənd üçün donor oldu

koronavirusdan-sagalan-meshur-cutluk-peyvend-ucun-donor-oldu
Oxunma sayı: 1715

Amerikalı aktyor Tom Henks və xanımı Rita Uilson koronavirus peyvəndinin hazırlanması üçün donor olublar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, koronavirusa qalib gəldikdən sonra virusa qarşı immunitet qazanan məşhurlar artıq qan veriblər.

Qeyd edilir ki, Tom və Rita xloroxinin köməkliyi ilə sağalıblar. Rita Uilson xəstəliyin əlamətləri kimi hərarət, yorğunluq hissi, bədənində ağrı və iybilmənin itirilməsini qeyd etmişdi.

Xatırladaq ki, aktyorla xanımı martın 13-də Avstraliya səfəri zamanı Covid-19-a yoluxmuşdular.