Koronavirusdan sağalıb Brüsselə gedir

koronavirusdan-sagalib-brussele-gedir
Oxunma sayı: 1393

Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusdan sağalıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Hulusi Akar açıqlayıb.

Onun sözlərinə görə, koronavirus testi neqativ çıxıb: “İşimizə davam edirik. NATO Müdafiə Nazirləri Toplantısına qatılmaq üçün bu gün Belçikanın paytaxtı Brüsselə yola düşürəm”.

Xatırladaq ki, Akarın koronavirus testi fevralın 6-sı pozitiv çıxıb. O, xəstəliyi yüngül simptomlarla keçirib.