Çinin Uhan şəhərinin sakini, koronavirusdan sağalan 36 yaşlı kişi ikinci dəfə virusa yoluxduqdan sonra həyatını itirib.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, sözügedən şəxsdə virus ilk dəfə fevralın 12-də aşkarlandıqdan sonra o, xəstəxanaya yerləşdirilib. Həkimlər onda virusun kiçik simptomlarını aşkar ediblər və 14 günlük müalicə kursundan sonra evə buraxıblar.
Ölən şəxsin xanımı bildirir ki, ərində martın 2-də ikinci dəfə “COVİD-19” müəyyən olunub. O, xəstəxanaya aparılsa da, həmin gün orada vəfat edib.
Son xəbərlər
Son Xəbərlər