Koronavirusdan vəfat edənlərin sayı 8-ə çatdı

Koronavirusdan vəfat edənlərin sayı 8-ə çatdı
Oxunma sayı: 4315

Azərbaycanda bu gün daha bir nəfər koronavirusdan həyatını itirib.

"Qafqazinfo" xəbər verir ki, 1953-cü il təvəllüdlü, şəkərli diabet xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Bununla da ölkədə koronavirusdan vəfat edən xəstələrin sayı 8-ə çatıb.

Hazırkı dövrədək ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi