Koronavirusla bağlı 24 saatlıq psixoloji yardım

koronavirusla-bagli-24-saatliq-psixoloji-yardim
Oxunma sayı: 1651

Koronavirus infeksiyası ilə əlaqədar vətəndaşlara psixoloji yardım göstəriləcək. 

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində əhalidə yarana biləcək psixoloji problemlərin aradan qaldırılması və onlara mənəvi dəstəyin göstərilməsi məqsədilə nazirliyin peşəkar psixoloqları tərəfindən 24 saat fəaliyyət göstərən telefon  xətti vasitəsilə psixoloji konsultasiyalar təşkil olunub.

Psixoloji yardıma ehtiyacı olan vətəndaşlar sabahdan etibarən FHN-in “112” qaynar telefon xəttinə müraciət edə bilərlər.