Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 210 ölkəsində 2 183 908 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 550 mini keçsə də, ölənlərin sayı 150 minə yaxınlaşır.
Azərbaycanda isə 808 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 28-nin vəziyyəti ağır, 33-nün orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 15 nəfər virus səbəbindən həyatını itirib, 460 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 585 min aktiv xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 22 mini ötüb. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə indiyə kimi 185 min yoluxma halı qeydə alınıb. Almaniyada 137 mindən çox yoluxma faktı olsa da, ölüm sayı digər ölkələrə nisbətən xeyli aşağıdır: 4052 ölüm. Həmçinin, ölkədə virusdan sağalanların sayı da yüksək sürətlə artır.
Qonşu Türkiyədə yoluxma sayı artıq 75 minə yaxınlaşır. İranda koronavirusdan sağalanların sayı hər ötən gün artır. Ölkədə 52 min sağalmış, 20 min aktiv xəstə var.
“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.
Sözügedən videoçarxı təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər