Koronavirusla bağlı mahnı “Eurovision”da qəbul olunmadı - Video

koronavirusla-bagli-mahni-eurovisionda-qebul-olunmadi
Oxunma sayı: 1994

Ukraynanın “Eurovision” üçün təqdim etdiyi mahnı qəbul edilməyib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb “Go_A” qrupunun səsləndirdiyi “Shum” mahnısının 4 dəqiqədən artıq olmasıdır.

Qaydalara əsasən, sözügedən bəstə 3 dəqiqəyə endiriləcək və mart ayında yenidən ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, qrup üçün “Shum”, “Rano” ve “Tserkovka” bəstələri hazırlanıb, aralarında Jamalanın da (“Eurovision- 2014” qalibi- red.) olduğu münsiflər heyəti seçimini edib.

Layihədə ötən ildən dünya gündəmini zəbt edən koronavirus pandemiyasına da toxunulub, geyim və xoreoqrafiya ilə mesajlar verilib.