Koronavirusla bağlı psixoloji və psixiatrik pozuntular artıb

Koronavirusla bağlı psixoloji və psixiatrik pozuntular artıb
Oxunma sayı: 679

“COVID-19 pandemiyası ilə əlaqədar psixoloji yardım üçün müraciət edən insanların sayı artmaqdadır. Müraciət edən xəstələrdə müxtəlif psixoloji və psixiatrik pozuntular müşahidə olunur. Belə vəziyyətdə əsas simptomlar sırasında sayıqlama əlaməti seçilir və hal-hazırda koronaviruslu xəstələrdə də tez-tez müşahidə edilməkdədir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov COVID-19 pandemiyasının insanların psixoloji sağlamlığına təsiri haqqında danışarkən bildirib. 

O, qeyd edib ki, posttravmatik stress pozuntularını yaşayan xəstələrin sayı da az deyil. Bu xəstəlikləri ən kəskin şəkildə keçirənlər COVID-19-a yoluxmuş insanlar və yaxınlarıdır: “Yaşı 65 və yuxarı olanlarda da depressiya və tənhalıq hissi müşahidə olunub. Çünki ciddi karantin rejimində özünü təcrid olunmuş hesab edib və yaxınları ilə görüşə bilməyib. Psixoloji sarsıntı keçirmiş ən böyük qrup isə həkimlər və tibb personalından ibarətdir. Səhiyyə işçiləri stresslərə daha az davamlı olurlar”.

Mərkəzin rəhbəri tibb ocağında xüsusi qaynar xəttin (012 566 50 61, 012 566 39 36) fəaliyyət göstərdiyini bildirib. Bu xidmət növü vətəndaşların ödənişsiz psixoloji yardım alması üçün yaradılıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi